Ronaldo, yoxsa İquain?

Ronaldo, yoxsa İquain?
XƏBƏR 4 May 2017 / 12:46 3566
-  A +

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər arasında  Kriştiano Ronaldo ("Real" Madrid) və Qonzalo İquain ("Yuventus") yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Xatırladaq ki, Çempionlar Liqasının son yarımfinal oyunlarında Ronaldo (“Real” - “Atletiko” – 3:0) 3, İquain isə (“Monako” – “Yuventus” – 0:2) 2 qol vurub.


Son xəbərlər