Bu gün Bayıl stadionunda "Səbail" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
Qol.az-ın məlumatına görə, Müşahidə Şurasının sədri Rəşad Abdullayev çıxış edərək "Səbail" FK-nın I divizionda çıxışının ilk ilindəcə 2-ci yeri tutmasını qənaətbəxş nəticə hesab etdiyini bildirib, klubun məşqçi, futbolçu və inzibati heyətinin, həmçinin Müşahidə Şurası üzvlərinin bu uğurda pay sahibi olduğunu deyib, hər birinə təşəkkür edib.
R.Abdullayev qeyd edib ki, klubun icraçı direktoru Yusif Həsənov şəxsi işləri ilə əlaqədar klubdakı fəaliyyətinə son qoymaq istəyi ilə bağlı Müşahidə Şurasına müraciət edib və Y.Həsənovun xahişi müsbət dəyərləndirilib.
"Səbail" FK-nın inkişafı naminə görülən işlərlə əlaqədar Yusif Həsənova təşəkkürünü bildirən Rəşad Abdullayev onu xüsusi diplomla təltif edib. Yusif Həsənov mövsüm ərzində klubda görülən işlər barədə qısa məlumat verib və hər bir əməkdaşa minnətdarlığını bildirib.
Daha sonra R.Abdullayev qeyd edib ki, Müşahidə Şurasının qərarına əsasən, "Səbail" FK-nın icraçı direktoru vəzifəsinə bu günə qədər şuranın üzvü kimi fəaliyyət göstərmiş Ramin Həsənov təyin olunub. Ramin Həsənov göstərilən etimadı doğrultmağa çalışacağını deyib.
Rəşad Abdullayev "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb və kluba gələcək fəaliyyətində uğurlar arzulayıb.
Şuranın üzvü, futbol veteran Əbdülqəni Nurməmmədov çıxış edərək Rəşad Abdullayevə fəaliyyət göstərdiyi müddətdə klubun inkişafı üçün gördüyü işlərə görə təşəkkürünü bildirib.
Sonda Rəşad Abdullayevə "Səbail" Futbol Klubunun fəxri üzvü elan olunması ilə bağlı diplom təqdim olunub.
"Səbail" FK-nın Müşahidə Şurasının yeni sədrinin və şuranın tərkibinin müəyyənləşməsi məsələsinə qarşıdakı günlərdə aydınlıq gələcək.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi