AFFA-nın təşkilatçılığı ilə keçirilən Coca-Cola U-13 Liqasına yekun vurulub.
Qol.az-ın məlumatına görə, yarışın son günündə final və III yer uğrunda qarşılaşma keçirilib.
“Qəbələ” qızıl medallar uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” həlledici matçda “Vətən” RİOEUG ilə qarşılaşıb. Oyunun taleyini 1 qol həll edib. 1:0 hesabı ilə qalib gələn “Qəbələ” çempion tituluna yiyələnib. Qarşılaşmadan sonra komandaya çempionluq kuboku və qızıl medallar təqdim edilib.
Bu, akademiyanın cari mövsümdə üçüncü uğurudur. U-13-ə qədər U-16 və U-15 də qızıl medallara yiyələnib.
Xatırladaq ki, “Qəbələ” bunadək final mərhələsində Naxçıvan UGİM-ini (5:0, 6:0), “İnter”i (1:0, 1:1) və “Mançester Yunayted”i (0:0, 1:0) məğlub edib.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı