Əfsanəvi Totti karyerasını bitirir!

Əfsanəvi Totti karyerasını bitirir!
XƏBƏR 3 May 2017 / 17:51 2913
-  A +

“Roma”nın canlı əfsanəsi Françesko Totti bu yay futbolçu karyeraını başa vuracaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bunu klubun idman direktoru Rodriges Monçi deyib.

O, 40 yaşlı kapitanın futbolçu kimi son mövsümünü keçirdiyini bildirib: “Totti elə “Roma” deməkdir. Ona mümkün qədər yaxın olmaq istəyirəm. Onun buradakı təcrübəsinin yüzdə birini öyrənsəm, yetər. O, futbolçu kimi son mövsümünü keçirsə də, “Roma”da fəaliyyətini davam etdirəcək”.

Qeyd edək ki, 1992-ci ildən “Roma”da çıxış edən əfsanəvi hücumçu başqa heç bir klubun formasını geyinməyib. İtaliya millisinin sabiq üzvü paytaxt təsmilçisində 763 oyuna 306 qol vurub.

Son xəbərlər
topaz banner