"Qələbəni azarkeşlərə hədiyyə edirik. Həmişə olduğu kimi meydanda əlimdən gələni etdim. Ümid edirəm ki, bundan sonra azarkeşlər məni fitə basmayacaqlar".
Qol.az-ın məlumatına görə, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinalında "Atletiko" ilə ilk oyundan (3:0) sonra jurnalistlərə açıqlamasına deyib.
Sözügedən qarşılaşmada het-trikə imza atan portuqaliyalı hücumçu cavab matçı öncəsi böyük üstünlük əldə etdiklərini söyləyib:
"Komanda çox yaxşı idi. Düzdür, qolları mən vurdum, ancaq mənim üçün 3:0 hesabı ilə qalib gəlməyimiz daha önəmlidir. Qələbəyə baxmayaraq, turun taleyi həll olunmayıb. "Atletiko" yaxşı komandadır. Onlar cavab oyununda bizi məğlub etmək üçün əllərindən gələni hər şeyi edəcəklər".
Qeyd edək ki, Ronaldo dünənki oyunda vurduğu növbəti qoldan sonra üzünü tribunaya tutaraq fanatları onu fitə basmağa yox, alqışlamağa çağırıb.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı