Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın IV İslam Həmrəyliyi Oyunlarına hazırlığını dəyərləndirib.
Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, o bildirib ki, mayın 12-22-də Bakıda keçiriləcək yarış üçün təlim-məşq toplanışları plan üzrə uğurla davam edir: “Bakıda hazırlığın son mərhələsini keçirik. Bundan öncə Qəbələdə təlim-məşq toplanışında olduq. Dağlıq ərazidə əsasən fiziki məşqlərə üstünlük verdik. Ardınca 6 gün dincəldikdən sonra məşqləri Bakıda davam etdiririk. Paytaxtda baş tutan son mərhələ taktiki və texniki hazırlığa yönəlib”.
N. Abdullayev boksçularımızın Atletlər kəndinə köçəcəyi vaxtı da açıqlayıb. O deyib ki, Boks Mərkəzində gündə 2 dəfə hazırlıq keçən millimiz mayın 10-dan komandamız üçün ayrılan məkana köçəcək.
Böyük məşqçi yığmanın İslamiada üçün heyətinin nəyə əsasən formalaşdırdıqlarına da aydınlıq gətirib. Onun sözlərinə görə, komandaya bütün yarışlarda özünü yaxşı tərəfdən göstərən idmançılar cəlb olunub:
“Heyətdə hər şey qaydasındadır. Hansısa problemimiz yoxdur. Yığmanın üzvləri əsasən Azərbaycan çempionatının qaliblərindən və bundan sonra özlərini digər yarışlarda doğruldanlardan təşkil edilib. Düzdür, bəzi çəkilərdə yoxlama döyüşləri də keçirilib və buna uyğun qərar verilib. Əsas rəqabət 64 kq və 69 kq çəki dərəcələrində olub. Zədəsi olan Lorenzo Sotomayorun çəkisi də bir qədər artıq idi. Bu səbəbdən İslamiadada Elvin İsayevin döyüşməyini məqsədəuyğun saydıq. Pərviz Bağırov isə sınaq döyüşlərində Tamerlan Abdullayevdən geri qaldı. Qələbəni ikinci qazandığından heyətdə yer aldı. Digərləri demək olar ki, hazırda öz çəkilərinin bir nömrələridir”.
Boks yığmamız Bakıda keçirilən bütün yarışları uğurla başa vurub. Avropa Oyunlarında 6 qızıl, 1 gümüş və 2 bürünc medalla qitənin ən güclüsü olan komandamız İslam Həmrəyliyi Oyunlarında da adını tarixə yazmaq arzusundadır. N. Abdullayev qeyd edib ki, bu dəfə də mükafatların çox olacağına ümidləri yüksəkdir:
“İnanırıq ki, yenə bütün əyarlı medal qazanacağıq. Proqnoz vermək çətin olsa da, bacardığımız qədər irəliləməyə çalışacağıq. Dünya çempionumuz Cavid Çələbiyev, Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədov, Rio Olimpiadasının üçüncüsü Kamran Şahsuvarlı yaxşı formadadırlar. Onlar kimi bütün heyətin hər bir boksçusundan uğur gözləyirik. Amma püşkdən də çox şey asılı olacaq”.
Çalışdırıcı son yarışlara zədə səbəbindən qatılmayan ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun hazırkı durumuna da aydınlıq gətirib. O bildirib ki, +91 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək idmançıya bütün turnirlərdə olduğu kimi İslamiadada da inamı böyükdür: “Onun diz qapağının altında zədəsi vardı. Əməliyyat keçirmişdi. Lakin müalicəsini davam etdirə-etdirə məşqlərə də qatıldı. Hazırda yaxşı formadadır. Deyərdim ki, fiziki hazırlığında hansısa problemi yoxdur. Qəbələdə təlim-məşq toplanışında kross qaçışlarında da özünü yaxşı tərəfdən göstərdi”.
Qeyd edək ki, İslamiadada Azərbaycanı boks yarışlarında Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcəklər.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi