“Cütün taleyi Monakoda həll olunmayacaq” - Buffon

“Cütün taleyi Monakoda həll olunmayacaq” -  Buffon
XƏBƏR 3 May 2017 / 01:40 4075
-  A +

“Yuventus”un qapıçısı Canluici Buffon Çempionlar Liqasının yarımfinalında “Monako”ya qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper “Knyazlıq klubu”nu təcrübədə üstələdiklərini söyləyib:

“Monako” yarımfinala yüksəlibsə, buna layiqdir. Bizi bərabər səviyyəli oyun gözləyir. Biz rəqibi təcrübədə üstələyirik. 2 il qabaq biz ÇL-in finalı barədə düşünmürdük. Amma indi bu nəticə bizim gərgin əməyimizin nəticəsi olmalıdır.

Finala yüksəlsək, rəqibin kimliyi fərq etməz. Çünki hər iki Madrid klubuna qarşı oynamaq çətindir. “Monako” hücum etməyi sevir. Amma ön xətdə ancaq Kilian Mbappedən təhlükə gözləmək olmaz. Falkaonu da unutmamalıyıq.

“Monako”ya hörmətlə yanaşırıq. Lakin ilk görüşdə yaşanacaqlardan asılı olmayaraq, cütün taleyi Monakoda həll olunmayacaq”.

Son xəbərlər
topaz banner