"Bursaspor"un yeni baş məşqçisi bəlli oldu

"Bursaspor"un yeni baş məşqçisi bəlli oldu
XƏBƏR 2 May 2017 / 19:55 3736
-  A +

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi bəlli olub.

Qol.az-ın “Milliyət”ə istinadən yaydığı xəbərə görə, komandanı mövsümün sonuna qədər Adnan Örnek çalışdıracaq. 51 yaşlı mütəxəssis klubun aşağı yaş qrupları üzrə komandalarına rəhbərlik edib.

Qeyd edək ki, “Bursaspor”un maraqlandığı məşçilər arasında millimizin çalışdırıcısı Robert Prosineçkinin də adı var.

Son xəbərlər
topaz banner