“Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun saytına müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir.
- Elmir müəllim, daha bir mövsüm arxada qaldı. Əvvəlcə istərdim ki, çempionatın yekunlarını müzakirə edək.
- İlk olaraq onu deyim ki, bu dəfə Premyer Liqada komanda sayı az olsa da, çempionat olduqca maraqlı və gərgin mübarizə şəraitində keçdi. Bəlkə də çoxları belə olacağını gözləmirdi. Həm çempionluq, həm də digər mükafatlar uğrunda yarış həyacanlı, mübarizəli alındı. “Qarabağ” və “Qəbələ”nin qızıl medalları qazanmaq şansı öncədən yüksək qiymətləndirilirdi ki, elə gözlənildiyi kimi də əsas rəqabət sona qədər bu komandalar arasında getdi. Yeri gəlmişkən, hər iki klubu, eləcə də bürünc medallara sahib olan “İnter”i təbrik edirəm, onlara qitə miqyaslı turnirlərdə uğurlar arzulayıram. Həmçinin, dördüncü pillənin sahibi kimi Avropa Liqasına yollanan “Zirə”yə də eyni sözləri ünvanlamaq istəyirəm. Ümid edirəm ki, Azərbaycan komandaları qarşıdakı mövsümdə ölkəmizi Avropada layiqincə təmsil edəcəklər.
- “Kəpəz” haqda nə demək olar?
- Doğma klubumuzun çıxışı göz önündə oldu. “Kəpəz” çempionatda ötən mövsüm olduğu kimi yenə iddialı rəqibləri üçün çətinlik yarada bildi. Komandamız Premyer Liqada ilk 3 yeri tutan klublar ilə başa-
baş mübarizə apardı. Gəncədə, doğma meydanda yalnız “Qarabağ”a uduzduq. Digər rəqiblərlə oyunda isə ya qələbə qazandıq, ya da heç-heçə etdik. Təbii ki, bizim də məqsədimiz komandamızın daha uğurlu çıxış etməsi və Avroliqaya vəsiqə qazanması idi. Düşünürəm ki, buna yaxın idik və sona kimi də rəqabət apardıq. Hətta son turda belə vəsiqəni təmin edə bilərdik. Təəssüf ki, alınmadı. Amma ruhdan düşməməliyik.
- Hansı oyunun nəticələri sizin üçün daha çox yadda qalan oldu?
- Unudulmaz oyunlar çox oldu. Xüsusən də, çempionatın son dövrəsində keçirdiyimiz matçları qeyd etmək olar. “Kəpəz” dördüncü dövrədə olduqca yaxşı mübarizə apardı. Komanda 7 oyundan 6-da qələbəyə sevindi. Gəncədə “Neftçi” və “Qəbələ” üzərində qazanılan qələbələr diqqətimizi daha çox çəkdi. Əvvəldən belə mübarizə aparsaydıq, turnir cədvəlində vəziyyətimiz daha yaxşı olardı. Qış fasiləsindən sonrakı oyunlarda bir çox uğursuzluqlar oldu. Bu da sonda nəticəyə təsirsiz ötüşmədi. Amma bu, idmandır. Hər zaman qələbə, nəticə qazanmaq mümkün olmur. Daha güclü komandalar belə uğursuzluqdan sığortalanmayıb. Ona görə də bunu anlayışla qarşılamaq lazımdır.
- Gəncə klubu azarkeş sayında liderliyi yenə əldən vermədi. Bu haqda nə demək olar?
- İdman növləri arasında futbolun yeri ayrıdır. Hamımızın da yaxşı bildiyi kimi Gəncədə futbol daha çox sevilir. Şəhər stadionunda tribunalara toplaşan azarkeş sayı digər şəhərlərdə keçirilən oyunlardan qat-qat çoxdur. Bunu açıqlanan statistik göstəricilər də deyir. Bu mövsüm də oyunlarımıza xeyli sayda tamaşaçı gəldi. Futbol azarkeşə görə oynanılır. Əgər bu gün gəncəlilər “Kəpəz”in oyununa maraq göstərib, stadiona gəlirlərsə, deməli, biz məqsədlərimizdən birinə nail olmuşuq. Çünki klub yeni formalaşanda əsas fikirlərimizdən birincisi küskün olan tamaşaçıları tribunalara qaytarmaq idi. Mən azarkeşlərimizə minnətdaram, onlara futbolçulara və məşqçilərə dəstək olurlar, komandanı ruhlandırırlar. “Kəpəz”in əldə etdiyi nəticələrdə fanatların rolu danılmazdır. Bunu heç kim inkar edə bilməz. Azarkeşlərimiz nəinki Gəncədə, hətta səfər matçlarında belə komandanı tək buraxmadılar.
- “Kəpəz”in iki futbolçusu İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək U-23 yığmasının tərkibində yer alıb. Bu məqam hamımız üçün sevindiricidir...
- Bəli. Əvvəlcə onu deyim ki, Azərbaycan çoxdan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə, paytaxt Bakıda bir-birinin ardınca dünyanın ən mötəbər yarışları keçirilir. Bu, respublikamızın təşkilatçılıq bacarığına olan inamın, etibarın nəticədir. Elə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da bu qəbildəndir. Belə nüfuzlu yarışın Bakıda keçirilməsi qürurvericidir. Yarışda Gəncə idmançılarının, “Kəpəz”in üzvlərinin çıxışı isə bizim üçün lap sevindiricidir. Bizim əsas məqsədlərimizdən biri də ölkə futboluna fayda vermək, ayrı-ayrı yaş qrupları üçün milli komandalara futbolçu yetişdirməkdir. Komandamızın futbolçularının İslamiadada çıxış edəcək heyətdə yer alması əslində gözlənilən idi. Çünki “Kəpəz”in çıxışı səbəbindən oyunçularımız diqqət mərkəzindədirlər. Bir halda ki, yığma məşqçiləri onlara inanıb heyətə dəvət ediblərsə, futbolçular da bəslənən ümidləri doğrultmalıdırlar. Milliyə azarkeşlik edəcəyik.
- Son olaraq qarşıdakı planlar haqda sorusmaq istərdik.
- Gəlin tələsməyək, çempionat yeni başa çatıb. Hələ ki, nəticələr müzakirə olunur. Bununla belə təbii ki, planlarımız var və zamanla bunu açıqlayacağıq. Qarşıda duran ilk vəzifələr haqda deyə bilərəm ki, Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyü yenilənəcək. Artıq bu haqda qərar verilib və yaxın günlərdə işlərə başlanacaq. Yeni salınacaq qazon ən müasir tələblərə cavab verəcək, ideal durumu ilə seçiləcək. Mən bunu komandamız, azarkeşlərimiz üçün hədiyyə hesab edirəm. Qazonla yanaşı, arenada görülməsi planlaşdırılan digər işlər də var. Tədricən bunları həyata keçirəcəyik.
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi
UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası - Rəsmi
"Yuventus" Alleqrini istefaya göndərdi
"Qarabağ" - "Turan Tovuz": Heyətlər
Tuhel qərarını dəyişmədi
"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
1-ci liqada son turun oyunları eyni gündə, eyni saatda
"Yuventus"dan Mottaya 3 illik müqavilə təklifi
İki futbolçu "Liverpul"dan ayrılır - Rəsmi
FİFA VAR-la bağlı yeni qaydalar tətbiq edir
“Qarabağ” - "Turan Tovuz" oyununda qadın hakimlər
"Onlara daim deyirəm ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun"
1-ci liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
Robin van Persi baş məşqçi təyin edildi
Fatih Terim istefa verdi
Yasin Benzia "Qarabağ"dan ayrılırmı?
"İmişli"nin legioneri 5 oyunluq cəzalandırıldı
AFFA rəhbərliyi FİFA-nın Konqresində
“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri
PFL 35-ci turun hakimlərini açıqladı
Azərbaycan futzal millisinin səbəti müəyyənləşdi
"Qarabağ"la yeni müqaviləni müzakirə edirik" - Andrey Lunyov
Azərbaycanın 2 boksçusu finala vəsiqə qazandı
Fransa millisinin Avro-2024 üçün heyəti açıqlandı
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü
"Barselona" səfərdə qalib gəldi
Musanın komandasından darmadağın
"Traktor" kubokla vidalaşdı
Ramilin komandası da Superliqa şansını itirdi
“Sabah” Abşerondan 52 uşaq seçdi
"İmişli" autsayderlə bacarmadı - Video
Vüsalın komandası Superliqaya vəsiqə qazana bilmədi
"Şamaxı"nı lider edən vacib qələbə - Video
Məşhur sabiq futbolçu "Spartak"ın baş məşqçisi oldu
"Bizə çempionluq lazımdır" - Ramiz Məmmədov