“Buffona qol vurmaq istəyirəm”

“Buffona qol vurmaq istəyirəm”
XƏBƏR 2 May 2017 / 00:38 3338
-  A +

“Monako”nun hücumçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında “Yuventus”a qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, gənc forvard Turin klubunun qapıçısı, öz mövqeyində dünyanın ən yaxşılarından olan Canluici Buffona qol vurmaq arzusunda olduğunu bildirib:

“Komandamızın heyətində xeyli sayda yaxşı futbolçu var. Hər birimiz “Monako”nun uğuru üçün çalışırıq. Bu səbəbdən də komandamızın qollarını fərqli futbolçular vurur. Cari mövsüm titullar qazanmaq istəyirik. On görə də vahid kollektiv olmalıyıq.

“Yuventus” dahi klubdur. Bu komandanın tarixi, böyük futbolçuları var. Unutmaq olmaz ki, “Yuventus” əvvəlki mərhələdə favorit olan “Barselona”nı mübarizədən kənarlaşdırıb. Amma bizim də məqsədimi də finala adlamaqdır.

Buffon? O, dünyanın ən yaxşılarından biridir. Belə bir qapıçıya qarşı oynayacağım üçün çox şadam. İstəyim Buffona qol vurmaqdır”.

Son xəbərlər
topaz banner