“Spartak” mənim evimdir” - Səmədov

“Spartak” mənim evimdir” -  Səmədov
XƏBƏR 2 May 2017 / 00:20 2304
-  A +

Aleksandr Səmədov Mosvka “Spartak”ına qayıtdığı üçün təəssüflənmir.

Qol.az-ın məlumatına görə, “Matç TV”yə açıqlamasında əslən azərbaycanlı olan futbolçu komandasının çempionluğuna inandığını bildirib:

“Komandamın uğuru üçün əlimdən gələni edirəm. “Spartak”ın çempionluğuna inanıram. Bu kluba qayıtdığım üçün təəssüflənmirəm. “Spartak” mənim evimdir”.

Qeyd edək ki, Rusiya Premyer Liqasında sona 4 tur qalmış Səmədovun komandası ən yaxın izləyicisi “Zenit”i 8 xal qabaqlayır.

Son xəbərlər
topaz banner