"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "İnter"i çalışdıra bilər.
Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, İtaliya klubunun nümayəndələri Madrid təmsilçisinin Çempionlar Liqasının yarımfinalında "Real"a qarşı keçirəcəyi ilk oyundan sonra argentinalı mütəxəssislə görüşəcək.
Ona ilinə 6 milyon avro qazanacağı 3 illik müqavilə təklif ediləcək.
Xəbərdə o da qeyd olunub ki, əgər "Atletiko" bu il Çempionlar Liqasının kubokunu qazansa, D.Simeone Madrid klubundan ayrılacaq və "İnter"ə keçəck.
Qeyd edək ki, D.Simeone açıqlamalarında bir gün "İnter"i çalışdırmaq istədiyini söyləyib.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur