“Fənərbaxça”da ciddi itki

“Fənərbaxça”da ciddi itki
XƏBƏR 1 May 2017 / 00:15 2322
-  A +

Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın qapıçısı Fabiano sıradan çıxıb.

Brazliyalı qolkiper superliqanın son turunda “Rizespor”la oyunda (3:1) zədələnib. Onun diz bağlarında yırtıq aşkarlanıb. Bu isə Fabianonun mövsümü erkən başa vurması deməkdir.

Qeyd edək ki, “Portu”dan icarəyə götürülən qapıçı bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb.

Son xəbərlər