Bakıda uduzan boksçu Kliçkoya qalib gəldi

Bakıda uduzan boksçu Kliçkoya qalib gəldi
XƏBƏR 30 Aprel 2017 / 10:40 5521
-  A +

Superağır çəkidə WBA, IBF və WBO versiyaları üzrə dünya çempionu Vladimir Kliçko növbəti döyüşünü keçirib.

Qol.az-ın xəbərinə görə, o, WBA (Ümumdünya Boks Assosiasiyası) və IBF (Beynəlxalq Boks Federasiyası) versiyaları üzrə dünya çempionu titulu uğrunda döyüşdə Böyük britaniyalı boksçu Entoni Coşua ilə qarşılaşıb.

Londondakı "Uembli" stadionunda təşkil olunan döyüş gərgin mübarizə şəraitində keçib. Belə ki, Coşua 4-cü raundda Kliçkonu noqdauna göndərsə də, növbəti raundda özü bu vəziyyətə düşüb. Daha sonra britaniyalı boksçu üstünlüyü ələ alıb və 11-ci raunnda Kliçkonu 2 dəfə nokdauna salıb. Bundan sonra hakim döyüşü saxlayaraq Coşuanın qələbəsini elan edib.

Bu, 41 yaşlı Kliçkonun peşəkar rinqdə 5-ci məğlubiyyəti olub. Onun aktivində 53-ü nokautla olmaqla 64 qələbə var.

27 yaşlı Coşua isə peşəkar rinqdə 19 görüşünün hamısını vaxtından əvvəl qələbə ilə başa vurub. O, 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatının finalında 91 kq-dan yuxarı çəki dərəcəsində Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidova uduzub.

Son xəbərlər
topaz banner