"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında "Suonsi" ilə oyun öncəsi açıqlama verib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis komandada zədəli futbolçuların çoxluğundan şikayətlənib.
"Müdafiənin mərkəzində Erikdən başqa zədəli olmayan futbolçu yoxdur. Aksel Tuanzebe və Blind digər alternativləridr. Onlar birgə yaxşı oynayırlar. Ancaq yenə də özlərini necə hiss etdiklərini soruşmalıyam. Son vaxtlar məşqlərdə çox ciddi çalışmışam. Ola bilər ki, "Suonsi" ilə qarşılaşmada özüm oynayaram".
Qeyd edək ki, hazırda "MY"nın heyətində Fosu-Mensah, Zlatan İbrahimoviç, Pol Poqba, Xuan Mata, Markos Roxo, Kris Smollinq və Fil Cons zədəlidirlər.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video