"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqanın sonuncu turunda Gəncədə “İnter”ə qarşı keçirəcəkləri oyun öncəsi azarkeşlərə müraciət edib.
Qol.az-ın məlumatına görə, klubun rəsmi saytında yer alan müracitdə T.Axundov azarkeşləri onlara dəstək olmağa çağırıb:
“Bütün azarkeşləri bu mövsüm sonuncu dəfə “Kəpəz”ə dəstək olmağa səsləyirəm. Hər şey ola bilər, Avroliqaya vəsiqə də qazana bilərik. İndi komandanın dəstəyə daha çox ehtiyacı var. Əhval-ruhiyyəmiz yaxşıdır. Sonuncu oyunumuz evdə olduğu üçün sözsüz ki, həyacan olacaq. Çempionatı qələbə ilə başa vurmağı düşünürük. Bununla da fanatlara hədiyyə etmək istəyirik. Futbol olmayan vaxtlarda Gəncə azarkeşləri üçün çox darıxacağıq. Onlara çox öyrəşmişik. Həmişə arxamızda durublar, dəstək veriblər. Buna görə onlara minnətdarıq. Hamımız istəyərik ki, mövsüm bitməsin, azarkeşlərin önündə daha çox oynayaq. İnşallah, gələn mövsümdə komanda sayı çox olar və çempionat uzanar”.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı