Millimiz yenə uduzdu

Millimiz yenə uduzdu
XƏBƏR 27 Aprel 2017 / 17:58 2488
-  A +

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız məğlub olub – 0:3.

Yığmamız turnirdə növbəti oyununu aprelin 29-da, saat 13.00-da Qazaxıstan komandasına qarşı keçirəcək.

Qeyd edək ki. millimiz ilk oyunda Bosniya və Hersoqovinaya 0:3 hesabı ilə uduzub.

Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner