Maskerano 9 ildən sonra qol vurdu

Maskerano 9 ildən sonra qol vurdu
XƏBƏR 27 Aprel 2017 / 00:10 3707
-  A +

“Barselona”nın futbolçusu Xavyer Maskerano Kataloniya klubunun heyətində ilk qolunu vurub.

Qol.az-ın xəbərinə görə, Argentina millisinin üzvü  La Liqanın son turunda “Osasuna” ilə görüşdə (7:1) penaltidən fərqlənib.

Beləliklə, 2010-cu ildən “Barsa”da çıxış edən 32 yaşlı futbolçu nəhayət qol sevinci yaşayıb. O, sonuncu dəfə 2008-ci ildə "Liverpul"da oyanayarkən qol vurmuşdu.

Qeyd edək ki, ötən il Masekerano açıqlamalarının birində bildirmişdi ki, penalti yerinə yetirmək istəmir. O, ilk qolunu penaltidən yox, oyun epizodundan vurmaq istədiyini demişdi.

Son xəbərlər
topaz banner