Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2017 turnirində V tur sona yaxınlaşır.
Qol.az-ın turnirin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adamsla heç-heçə oynayıb. Partiyadan sonra şahmatçılar mətbuat konfransında iştirak edib.
Teymur Rəcəbov ümumilikdə V tur ərzində çıxışını dəyərləndirib: "V turdan sonra hesabımda 2 xal var. Sözsüz daha yaxşı çıxış etmək mümkündür. Fikrimcə yarışın yekunları barədə danışmaq hazırda tezdir. Qarşıda 4 tur var. Nəticələr barədə sonda danışmaq daha yaxşıdır. Sözsüz ki, Şəmkirdə keçirilən yarışda mümkün qədər yaxşı oyun nümayiş etdirmək istəyirəm. Bəzən istədiyin alınmır. Bu gün üstünlüyüm yox idi. Ona görə hər iki tərəf heç-heçəyə razılaşdı.
Vüqar Həşimov Memorialında güclü şahmatçılar toplaşıb. Belə heyətlə oyunlarda qələbə qazanmaq asan deyil. İlk turda qara fiqurlarla görüşdə məğlub oldum. Sözsüz ki, məğlubiyyətlə başlayandan sonra özünü toparlamaq çətindir. Bütün turnirlərdə qələbə qazanmaq alınmır. Başa düşürəm ki, məndən yalnız uğur gözləyirlər. Bəhanələri sevmirəm. Təzyiq hiss etmirəm. Şəmkirdə çıxış etmək çox rahatdır. Burada iştirakçılara bütün şərait yaradılıb".
İngiltərə təmsilçisi Maykl Adams həmkarının dedikləriylə razılaşıb. Onun sözlərinə görə risk etmək fikrində olmayıb: "Qara fiqurlarda uduş görünmürdü. Ona görə risk etmək istəmədim. Bərabər səviyyəli oyun oldu. Rəcəbov təcrübəli şahmatçıdır. Ona görə ona qarşı çox diqqətli oynayırdım".
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət