Topaz Premyer Liqanın 27-ci turu məhsuldarlığı ilə diqqət çəkib.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iki gün davam edən turun 4 qarşılaşmasında 17 qol vurulub. Orta məhsuldarlığın 4.25 olduğu turda mövsümün ikinci göstəricisi qeydə alınıb. Mütləq rekord isə ötən il sentyabrın 9-11-də keçirilən 4-cü turda yaşanıb. Həmin vaxt 4 matçda 19 qol, orta hesabla 4.75 top vurulub.
Meydan sahiblərinin 9, qonaqların 8 top vurduğu 27-ci tur məhsuldarlıqda geri qaldığı 7 ay əvvəlki oyunları bir məqamda geridə qoyub. 4-cü turda 8 komandanın heç də hamısı fərqlənməmişdisə, bu dəfə bütün komandalar qol sevinci yaşayıb. “Qarabağ” – “Sumqayıt” (2:1), AZAL – “Kəpəz” (1:2), “Zirə” – “Neftçi” (2:2) və “Qəbələ” – “İnter” (4:3) qarşılaşmalarında meydana çıxan bütün komandalar qol vura bilib. Mövsümün arxada qalan hissəsində yalnız bir dəfə belə hal yaşanmışdı. Bu, bütün komandaların fərqləndiyi 15-ci turda baş verib.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı