Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirini izləmək üçün Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Giorqadze Şəmkirə gəlib. Qol.az-ın məlumatına görə, turnirin rəsmi saytına müsahibə verən Georgi Giorqadze söhbətə Synergy Group-un təşkil etdiyi yarışla bağlı danışmaqla başlayıb.
- Vüqar Həşimov Memorialında sizi görmək çox xoş oldu. ShamkirChess 2017 turniri haqqında təəssüratlarınızı bilmək istərdik...
- İlk olaraq təşkilatçıları təbrik etmək istərdim. Sözün əsl mənasında möhtəşəm turnirdir. Açılış mərasimində Şəmkirin Azərbaycanın Linaresi olduğunu söylədilər. Bu fikirlə tamamilə razıyam. Gürcüstanla sərhəd yaxın olduğu üçün maşınla gəlmişəm. Sərhədi keçəndən sonra yol polisindən mehmanxanaya gedən yolu soruşdum. Şahmatla bağlı gəldiyimi eşidəndə çox sevindilər. Otelə qədər məni müşaiyət etdilər və çox məmnun qaldım. Bütün Şəmkir şahmatla bağlı səfərbər olub. Bilirsiniz dəfələrlə Linares superturnirində qonaq olmuşam. Orada mağazada satıcıdan başlayaraq polisə qədər hamı şahmatla nəfəs alır. Şəmkirdə mən həmin əhvalı hiss edirəm. Şəmkir turnirini təşkil edən Synergy Group ölkə şahmatının inkişafına dəstək olur. Vüqarın adına layiqli yarışdır.
- Beynəlxalq turnirdə 10 şahmatçı iştirak edir. Siz hansı zəka sahibinə dəstək olursunuz?
- Şəhriyarın qalib gəlməsini arzulayıram. Onun oyun üslubunu bəyənirəm. Döyüşdən qorxmur. Açıq mübarizə aparır və lazım olanda risk edir. Məmmədyarov dünyanın aparıcı şahmatçılarından biridir. Şəmkirdə mənim favoritim Şəhriyardır.
- Payızda Tiflisdə şahmat üzrə Dünya Kuboku keçiriləcək. Mötəbər yarışa hazırlıq hansı vəziyyətdədir...
- Təşkilat Komitəsi mütəmadi olaraq iclaslar keçirir. Dünya Kubokunun yüksək səviyyədə təşkili üçün lazımi işlər görüləcək. Bu məsələdə Azərbaycan Şahmat Federasiyası bizə yaxından köməklik göstərir. Bakıda keçirilən Dünya Kuboku və 42-ci Ümumdünya Şahmat Olimpiadası hamıya nümunə oldu. Çalışırıq ki, Gürcüstana gələcək qonaqlar bizdən razı qalsınlar.
- 2018-ci ildə Şahmat Olimpiadası Batumidə təşkil olunacaq. Həmin bölgə turistlərin sevimli yeridir. Yarış zamanı otellərlə bağlı problem yaranmayacaq?
- Turist axını olan Batumiylə məsələ həll olunub. Olimpiada sentyabrın sonunda başlayacaq. Həmin dönəmdə turist mövsümü sona yaxınlaşır. Düşünürəm ki, qonaqları yerləşdirməklə bağlı problem olmayacaq.
- Gürcüstandakı Şahmat Olimpiadasıyla bağlı yeniliklər olacaq?
- Hazırda bütün fikrimiz Dünya Kubokuna yönəlib. Yalnız bundan sonra olimpiada haqqında danışmaq olar. Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən gözəl olimpiada oldu. Bakıdan sonra yarışa ev sahibliyi etmək asan deyil. Çünki Azərbaycan yüksək səviyyə göstərdi. Bizi bu mənada çətin və məsuliyyətli iş gözləyir.
- Şəmkir turniri Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunur. Vüqarla şəxsən tanışlığınız var idi?
- Vüqarla şəxsi tanışlığım var idi. Onunla dəfələrlə turnirlərdə rastlaşmışıq. Şahmatçı kimi eyni yarışlarda iştirak etmişik. Linaresdə oynamışıq. Vüqarın tarixi gedişini indiyə qədər xatırlayıram. Həmin qitə birinciliyini canlı izləmişəm. 2009-cu il Serbiyada Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu. Son görüşdə onun həlledici gedişi komandanıza qələbə qazandırdı. Gözəl insan və güclü şahmatçı idi. Təəssüf ki, onu itirdik. Bu bütövlükdə dünya şahmatı üçün itkidir.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi