Rauf Ozobiçə çatdı

Rauf Ozobiçə çatdı
XƏBƏR 24 Aprel 2017 / 16:45 2908
-  A +

Topaz Premyer Liqanın bombardirlər siyahısında dəyişiklik olub.

Qol.az-ın xəbərinə görə, "İnter"in hücumçusu Rauf Əliyev siyahıya başçılıq edən "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçə şərik olub.

Millimizin üzvü Topaz Premyer Liqanın 27-ci turunda "Qəbələ" ilə bugünkü görüşdə (3:4) dubl edərək qol sayını 11-ə çatdırıb.

Qeyd edək ki, "Qəbələ"nin xorvatiyalı futbolçusu 11 qolu 27, Rauf Əliyev isə 25 oyunda vurub. Bundan başqa, Əliyev bütün qolları oyun epizodundan vurubsa, Ozobiç 2 dəfə penaltidən fərqlənib.

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə