"Limiti pozmaq texniki qüsur idi"
Topaz Premyer Liqasında 27 turun “Zirə” – “Neftçi” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
Qol.az futbolpress.az saytına istinadən xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:
- Çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" avrokubok problemini 70 faiz həll etdi.
- Legioner limitini pozduğunuzdan nə vaxt xəbər tutdunuz?
- Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım.
- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübahisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...
- Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi? Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz.
- Kuluarlarda belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndənizə limiti pozduğunuzu xəbər verib...
- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik, bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib.
- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədir?
- İki cəbhəyə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik, daha yaxşı olardı.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı