Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirində qrup mərhələsinə yekun vurulub.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, aprelin 20-də iki matç keçirən “Qəbələ”nin futbolçuları və nümayəndə heyəti səfərin 3-cü gününün ilk yarısında şəhərlə tanış olub, tarixi Akropolis muzeyini ziyarət ediblər.
Ardınca “qırmızı-qaralar” Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin qəbulunda olub. Səfir öncə Yunanıstan və burada yaşayan həmyerlilərmiz haqda danışıb, həmçinin bu ölkədə futbola olan maraqdan bəhs edib. O, komanda ilə tanış olub, çıxışları ilə maraqlanıb.
Rəhman Mustafayev bu turnirin komanda üçün təcrübə baxımından əhəmiyyətindən danışıb, futbolçulara uğurlar arzulayıb. Görüşdə 15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının baş məşqçisi Vüqar Məmməd də iştirak edib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Turnirin qrup mərhələsinin III turunda “Qəbələ” “Panatinaiikos”la qarşılaşıb. Yunanıstan təmsilçisi bu qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, B qrupunda çıxış edən Famil Xəlilovun baş məşqçisi olduğu komanda ilk oyun günündə öncə “Apollon” (Yunanıstan) klubu ilə heç-heçə edib (1:1), ardınca “Partizan”a (0:3) məğlub olub.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu