ShamkirChess 2017 beynəlxalq şahmat turnirində ilk turun görüşləri keçirilib.
Turnirin mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So üzərində qələbə qazanıb.
4 saata yaxın davam edən görüşdən sonra Məmmədyarov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: "Maraqlı oyun izlədik. Debüt "ev tapşırığı" idi. Əslində Soya qarşı heç-heçəyə hazırlaşmışdım. Turnirin reytinq favoritidir. Onunla ehtiyatlı olmaq lazımdır. Uesli So özü qələbə qazanmağıma kömək etdi. Partiyanın sonunda ciddi səhvə yol verdi. Bu səhvi görməmək olmur. Həmin gedişdən istifadə edərək qələbə qazandım. Şəmkir turnirinə qələbəylə başladığıma görə sevinirəm. Rəqibin üstünlüyü var idi. Ona görə partiya zamanı qələbə haqqında düşünmürdüm".
Sumqayıt şahmat məktəbinin yetirməsi dostu, komanda yoldaşı Rauf Məmmədovun onunla birlikdə Şəmkirə gəlməsini belə izah edib: "Rauf Məmmədov dostumdur. Uzun illər millidə birgə çıxış edirik. Şəmkirdə həm turniri izləyir, həm də mənə kömək edir".
Əslən Filippindən olan Uesli So Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla görüşdə üstün vəziyyətdə olduğunu bildirib: "Üstünlüyüm var idi. Qələbə üçün bir neçə dəqiq gediş etməliydim. Məmmədyarov yaxşı şahmatçıdır. Səhvdən istifadə etdi. Ağ fiqurlarla məğlub olmaq ciddi məsələdir. Sonuncu dəfə 2015-ci ildə İspaniyada keçirilən turnirdə məğlub olmuşam. Bilbao superturnirindən sonra uduzmamışdım. Uğurlu seriyam başa çatdı. Qarşıda 8 tur var. Əsas mübarizə irəlidədir".
Qeyd edək ki, Vüqar Həşimov Memorialı aprelin 30-da başa çatacaq.
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab