"Qəbələ" - "İnter" oyununun vaxtı dəyişdirildi
Topaz Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İnter” görüşünün tarixi dəyişdirilib.
Qol.az-ın xəbərinə görə, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 23 apreldə deyil, 24 apreldə keçirilməsinə qərar verib. Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək.
“Qəbələ” və “İnter” klubları mükafatçılar sırasındadırlar. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər. Bu səbəbdən PFL oyunun vaxtını dəyişib.