Şəmkirdə, Heydər Əliyev Mərkəzində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” super turnirinin açılış mərasimi keçirilib.
Turnirin mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, mərasimdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirin beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəyə malik olduğunu deyib, iştirakçılara uğurlar arzulayıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov mərhum qrossmeyster Vüqar Həşimovun karyerası boyunca Azərbaycanın idman şərəfini ləyaqətlə qoruduğunu bildirib. O, Vüqarın özünəməxsus oyun üslubunun şahmatsevərlər tərəfindən daim xatırlandığını vurğulayaraq, turnirdə müxtəlif ölkələrdən tanınmış şahmatçıların iştirak etdiklərini diqqətə çatdırıb. Azərbaycan şahmatının uğurlarında Vüqarın mühüm rol oynadığını deyən İ.İsmayılov yığma komandamızın dünyanın ən güclülərindən olduğunu bildirib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yarışın əhəmiyyətindən söz açaraq deyib ki, artıq dördüncü ildir Vüqar Həşimovun xatirə turniri uğurla keçirilir. Vüqarın bu gün həyatda olmamasını qəbul etmək çətindir. Bu turnir onun xatirəsini yaşatmaqda önəmli rol oynayır. “Shamkir Chess 2017” turniri dünyada şahmatsevərlər tərəfindən maraqla izlənilir.
Ölkəmizdə olmağından məmnunluğunu ifadə edən FIDE prezidenti Kirsan İlümjinov Vüqar Həşimovun xatirə turnirinin keçirilməsinin ənənəvi hal almasının əhəmiyyətini vurğulayaraq Şəmkiri Azərbaycanın Linaresi adlandırıb: “Bu turnir FIDE-nin təqvimində xüsusi yer tutur. Burada ən güclü şahmatçılar mübarizə aparırlar. Şəmkir Azərbaycanın Linaresidir. İspaniyada Linares Azərbaycanda isə Şəmkir şahmat şəhəri kimi tanınır. Azərbaycanda şahmata dövlət səviyyəsində yüksək diqqət göstərilir. Azərbaycan yeganə ölkədir ki, şahmatın inkişafı ilə əlaqədar ölkə rəhbəri tərəfindən Dövlət Proqramı təsdiq edilib. Azərbaycanda şahmatın inkişafına göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
Vüqarın atası Qasım Həşimov turnirin təşkilatçılarına, iştirakçılara təşəkkürünü bildirərək qeyd edib: “Artıq dördüncü turnirə start verilir. Bu, Vüqar Həşimovun dünya şahmat tarixində iz buraxdığını göstərir. İnsanlar mənə daim böyük hörmətlə yanaşırlar. Bu turnir ölkə rəhbərliyinin də diqqətindədir. Artıq Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb və 200-dək gənc burada şahmatın sirlərini öyrənir. Bu da məni qürurlandırır. Azərbaycanda şahmatın inkişafına, həmçinin Vüqarın xatirəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirirəm”.
“Shamkir Chess 2017”nin Təşkilat Komitəsinin sədri, turnirin direktoru Fərid Hüseynov çıxışında “Synergy Group”un Vüqar Həşimovun xatirəsinə həsr olunun yarışların yüksək səviyyədə təşkil etməyə çalışdığını vurğulayıb. Qeyd edib ki, turnirin mühüm cəhətlərindən biri onun gözəl insan və böyük şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmasıdır. Ötənilki yarışda Şəhriyar Məmmədyarovun qalib gəlməsi azərbaycanlı şahmatsevərlərə böyük sevinc bəxş etdi”.
Diqqətə çatdırılıb ki, 2010-cu ildə yaradılan “Synergy Group” özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Azərbaycanda təhsilin, idmanın inkişafına və eyni zamanda, ölkəmizin dünyada tanınmasına töhfə verməyə çalışır.
Sonra turnir açıq elan edilib, yarışın püşkü atılıb.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Vüqar Həşimovun xatirəsinə həsr olunan və artıq dördüncü dəfə keçirilən “Shamkir Chess” superturniri dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri hesab edilir. Builki turnirdə on tanınmış şahmatçı mübarizə aparacaq. Yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (Azərbaycan), Uesli So (ABŞ), Vladimir Kramnik, Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Podoslav Voytaşek (Polşa) və Veselin Topalov (Bolqarıstan) mübarizə aparırlar.
Yuxarı
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır