Hamı Qurban Qurbanovun 45 yaşını təbrik edirdi. Saytlarda bu haqda yazılar, sosial şəbəkələrdə statuslar yazılırdı. Yubileydən cəmi iki gün sonra isə yenə Qurban Qurbanovla bağlı, bu dəfə hamını üzən bir xəbər yayıldı...
İmkan tapan və Qurbanov qardaşlarını tanıyan hər kəs Zaqatala rayonunun Aşağı Tala kəndinə axışırdı. Musa və Qurban Qurbanov qardaşlarını dünyaya gətirən ana rəhmətə getmişdi...
Başsağlığı statuslarında və bu statusların altına yazılan şərhlərdə bəzi imkansız həmkarlarımın valideynləri xəstə olan vaxt Qurban bəyin onlara həm maddi, həm də mənəvi cəhətdən böyük dəstək göstərdiyini yazmaları diqqətimi çəkdi. Əslində bu Qurbanova yaxın olan adamlar üçün sirr deyil. Amma Qurban bəy əksər azərbaycanlılardan fərqli hansısa xeyirxah addım atanda bunu reklam üçün etmir. Ara-sıra mətbuatdan xəbər tutursan ki, Qurban Qurbanov yalnız jurnalistlərdən yox, hər kəsdən çətin anda bacardığl köməyi əsirgəməyən insandı.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov maddi cəhətdən mənə dəfələrlə kömək etdi..." Bu sözləri milli komandamızın sabiq üzvü, yaxınlarda ölüm xəbəri çıxan və sonradan tapılan Faiq Cabbarov söyləmişdi. Qurbanovun Faiq kimi çətin vəziyyətdə olan neçə adama yardım əlini uzatdığını isə yalnız özü və Allah bilir.
Yəni Qurban Qurbanov təkcə futbolumuzda inqilab edən, onu keyfiyyət baxımından tam başqa səviyyəyə qaldıran adam deyil, həm də adam kimi adamdı!
Ən azı yuxarıda dediyim faktlar Qurban bəyin nə qədər genişürəkli, gözəl insan olduğunu göstərir. Belə azərbaycanlılarla hər zaman qürur duymuşam, fəxr etmişəm. O dəyərli azərbaycanlıdı və yaşı çox olmasa da, artıq əminliklə demək olar ki, Qurban Qurbanov Azərbaycanın dəyəridi!
Cənnət insaniyyəti, şəxsiyyəti, xeyirxahlığı ilə tanıyanların qəlbində taxt quran, vurduqları qollarla müstəqil Azərbaycan futbolunda əbədi iz buraxan Qurban və Musa kimi övladları dünyaya gətirmiş ananın ayaqları altındadı.
Allah rəhmət eləsin...
Anar ŞABANOĞLU
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi