"Kəpəz"in braziliyalıları məşqə çıxmadı

"Kəpəz"in braziliyalıları məşqə çıxmadı
XƏBƏR 19 Aprel 2017 / 18:15 3189
-  A +

Topaz Premyer Liqasının XXVII turunda səfərdə AZAL-la qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” üzərindəki qələbədən sonra iki gün istirahət edən komanda matça Bakıda hazırlaşır.

Bu gün keçirilən məşqdə yüngül zədəsi olan braziliyalı futbolçular Renan Alveş və Dario Frederiko iştirak etməyib.

Qeyd edək ki, aprelin 23-də keçiriləcək AZAL – “Kəpəz” matçı saat 17:00-da başlayacaq.

Son xəbərlər
topaz banner