“Qarabağ”la oyununun hazırlığına start verildi

“Qarabağ”la oyununun hazırlığına start verildi
XƏBƏR 19 Aprel 2017 / 01:39 2218
-  A +

Premyer Liqanın növbəti turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu iki günlük istirahəti başa vurub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da məşqə çıxıb.

Uzun fasilədən sonra müdafiəçi Mikayıl Rəhimov kollektivlə birgə çalışıb. Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib.

"Sumqayıt"ın növbəti məşqi sabah saat 11:00-da "Kapital Bank Arena"da olacaq.

Son xəbərlər
topaz banner