“Biz işin yalnız yarısını görmüşük. “Barselona” ilə oyunda müdafiədə çox diqqətli olmalıyıq”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Yuventus”un futbolçusu Corcio Kyellini deyib.
İtaliya mətbuatına danışan təcrübəli müdafiəçi Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə keçiriləcək cavab matçı ilə bağlı fikirlərini bildirib. Turindəki oyunda komandasının ilk qolunu vuran İtaliya millisinin üzvü rəqiblərini köpək balığına bənzədib:
“Müdafiə olunsaq da, qorxmamalıyıq. Çünki qorxsaq, rəqibimiz köpək balığına dönəcək. Onlar qan hiss etsələr, bizim sonumuz olacaq. Rəqibi qapımıza yaxın qoymamalıyıq. Luis Enrike haqlı olaraq bildirib ki, PSJ ilə oyuna nisbətən indi geridonüş etmək daha asandır”.
Qeyd edək ki, komandalar arasında cavab matçı sabah “Nou Kamp”da keçiriləcək.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi