"Madriddə bütün qüvvəmizlə oynayacağıq" - Alaba

"Madriddə bütün qüvvəmizlə oynayacağıq" -  Alaba
XƏBƏR 18 Aprel 2017 / 19:16 2344
-  A +

“Biz bütün gücümüzü otaya qoyacağıq. Hələ heç nə bitməyib”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Bavariya”nın futbolçusu David Alaba Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la keçiriləcək cavab matçı haqda danışarkən deyib.

Avstiryalı müdafiəçi Almaniya mətbuatına açıqlamasında ilk oyundakı məğlubiyyətə (1:2) baxmayaraq, mərhələ keçmək şanslarının olduğunu bildirib: “Uğurlu nəticə üçün Madirddə bütün qüvvəmizlə oynayacağıq. Öz gücümüzə inanmalı və cəsarətli oyun nümayiş etdirməliyik”.

Qeyd edək ki, komandalar arasında bu gün keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır