"Real" və "Bavariya" məni istəyir" - Eden Azar

"Real" və "Bavariya" məni istəyir" - Eden Azar
XƏBƏR 18 Aprel 2017 / 16:19 3348
-  A +

"Çelsi"nin futbolçusu Eden Azar komandadakı gələcəyi haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatına açıqlama verən 26 yaşlı yarımmüdafiəçi "Real" və "Bavariya"nın onunla maraqlandığını deyib:

"PSJ-nin mənimlə maraqlanması xəbəri doğru olmasa da, Madrid "Real"ı və "Bavariya" məni istəyir. Başqa komandalarda oynamaq istəyi bəzən əlbəttə ki, olur. Ancaq klubumla müqaviləm var.  Ən əsas da, bu ili uğurla başa vurmaq istəyirəm."

Qeyd edək ki, belçikalı futbolçu 2012-ci ildən "Çelsi"nin şərəfini qoruyur.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır