“İspaniyanın “Valensiya” klubu həqiqətən də Robert Prosineçki ilə maraqlanıb. Klubun idman direktoru bu barədə şəxsən mənimlə danışıb”.
Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır deyib. Türkiyəli menecer bildirib ki, hazırda İspaniyada olsa da, səfərinin məqsədi “Valensiya” ilə danışıq aparmaqdan ibarət deyil. "Burada başqa işlərim var" söyləyən Y.Çalışır R.Prosineçkinin "yarasalar"la anlaşmasının nə dərəcədə mümkünlüyü məsələsinə belə reaksiya verib:
"Prosineçkinin Azərbaycan yığması ilə müqaviləsi var və rəsmi təklif almamışıq. "Valensiya"nın Prosineçki ilə maraqlanması onun Azərbaycan milli komandasından ayrılıb, İspaniyaya yollanacağı anlamına gəlməməlidir. Prosineçki yaxşı mütəxəssisdir. Onunla çox klub maraqlana bilər və maraqlanırlar da. Lakin bu məsələlər meneceri olaraq, mənim üzərimə düşən bir işdir. Prosineçkinin bu cür söhbətlərdən xəbəri yoxdur. O, yalnız Azərbaycan milli komandasını və 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə oyunu düşünür. Futbol üçün bu cür şeylər normaldır. Klublar məşqçilərin xüsusiyyətləri ilə maraqlana bilərlər. Həmçinin, mütəxəssislər də özlərinə uyğun klublarda çalışmağa üstünlük verərlər”.
Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası ərzində İspaniyada "Real" (Madrid), "Barselona" və "Sevilya"nın formasını geyinib. O, Azərbaycan millisinə 2014-cü ilin dekabrından rəhbərlik edir. R.Prosineçkinin müqaviləsinin müddəti 2017-ci ilin dekabrında başa çatır.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq