“Az da olsa, şansımız var” - Ançelotti

“Az da olsa, şansımız var” -  Ançelotti
XƏBƏR 18 Aprel 2017 / 02:00 3533
-  A +

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Real”a qarşı keçirəcəkləri cavab oyunundan danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis qeyd edib ki, ilk oyunla müqayisədə hazırda komandasının yarımfinala yüksəlmək şansı azdır:

“İlk matçda 60 dəqiqə yaxşı oynadıq. Bu dəfə də həmin oyunu sərgiləməliyik. Komandam xarakter nümayiş etdirməlidir. Mərhələ adlamaq üçün möhtəşəm futbol sərgiləməliyik. Ötən həftəkindən fərqli olaraq, şansımız çox deyil. İstənilən hala, az da olsa, şansımız qalır”.

Xatırladaq ki, “Bavariya” ilk oyunda öz meydanında “Real”a 1:2 hesabı ilə uduzub.
 

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır