“Bunu edə biləcəyimizə inanıram” - Pike

“Bunu edə biləcəyimizə inanıram” -  Pike
XƏBƏR 17 Aprel 2017 / 18:50 3433
-  A +

“PSJ ilə oyunda da böyük hesabla geridə olsaq da, bunun öhdəsindən gələ bildik. İndi bunu yenə təkrarlamalıyıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Xerard Pike İspaniya mətbuatına açıqlamasında deyib.

O, Çempionlar Liqasının 1/4 finalının “Yuventus”la keçiriləcək cavab oyunu haqda iddalı danışıb: “Bu geri dönüşü həyata keçirə bilsək, “Real”a “Santyaqo Bernabeu”dakı oyunda da qalib gələ bilərik. Bunu edə biləcəyimizə inanıram”.

Xatırladaq ki,  komandalar arasında keçirilən ilk oyun "Yuventus"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər
topaz banner