Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 turnirinin iştirakçısı, Rusiya təmsilçisi Sergey Karyakin yarışın rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçılar arasında sizin üçün uğursuz rəqib kimdi?
- Dostum Vüqarın xatirə turnirində böyük həvəslə mübarizə aparacam. İndiyə qədər Şəmkir turnirinin qalibi olmaq mənə nəsib olmayıb. Həmişə hədəfim ilk pillədə qərarlaşmaqdır. Heyətə gəldikdə Şəmkirə ən güclülərin dəvət olunduğunu söyləmək olar. Ona görə aşkar favoritim yoxdur. Uğursuz rəqib deməzdim, amma hər biriylə oyun asan olmayacaq.
- Dünya çempionu Maqnus Karlsenin Şəmkirdə olmaması mübarizəni asanlaşdırır?
- Maqnus Karlsen dünya çempionudur. FİDE reytinqinə başçılıq edir. Sözsüz onun hər yarışda iştirakı rəqabəti artırır. Bununla belə Şəmkir turnirində Maqnus olmadan belə güzəştsiz mübarizənin olacağına əminəm. Karlsen iştirak etdiyi yarışlarda favoritdir. Amma heç kim Maqnusun bu il Şəmkirə gələcəyi halda çempion olacağını söyləyə bilməz. Karlsen iştirak etsəydi belə bəlkə də birinci olmayacaqdı. İştirak etmək hələ qalib gəlmək demək deyil.
- Turnirdə sabiq dünya çempionları Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) iştirak edəcək. Onların görüşünü prinsipial qarşılaşma adlandırmaq olar?
- Fikrimcə hər bir turdan sürpriz nəticələr gözləmək olar. Amma Kramniklə Topalov arasında görüşü həm də prinsipial adlandırmaq olar. Şahmat dünyasının iki güclü nümayəndəsinin maraqlı oyun nümayiş etdirəcəyinə inanıram. Biz ilk növbədə peşəkar şahmatçılarıq. Mübarizəmizi şahmat taxtası arxasında aparmalıyıq. Hisslərə sahib çıxmaq lazımdır. Kramniklə Topalov arasında münasibətlərin o qədər yaxşı olmaması hamıya məlumdur. Bununla belə hər iki insan şahmat dünyası üçün dəyərlidir.
- Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu il də Şəmkirdə qalib gəlmək istəyir. Məmmədyarovun şanslarını necə qiymətləndirirsiniz...
- Şəhriyar güclü şahmatçı olmaqla yanaşı həm də dostumdur. Həm iddiaçılar turnirində, həm də dünya çempionu Maqnus Karlsenlə çempionluq matçında mənə kömək edən şahmatçılardan olub. Məmmədyarov məşqçi komandamın tərkibində çalışıb. Yüksək oyun keyfiyyətlərinə malikdir. Bəzən debüt seçimini müəyyən etmək çətin olur. Məmmədyarovun əhvalından çox məqam asılıdır. Əgər Şəhriyar özünü yaxşı hiss edirsə ona rəqib olmaq çətindir. Turdan əvvəl gülür və görürsən 10 dəqiqəyə partiyada böyük üstünlük qazanır. İstənilən şahmatçıya problem yaratmağı bacaran həmkarımdır. İnanıram ki Şəmkirdə çempion olsam Şəhriyar inciməyəcək.
- Şəmkir təəssüratlarını bizimlə bölüşərdin. Bu turnir yadında necə iz buraxıb?
- Şəmkir turnirinin təşkilatçıları hər bir qonağa özünəməxsus tərzdə yanaşır. Qonaqpərvərlik artıq Gəncədə hiss olunur. Hava limanında qarşılanma, oteldə yerləşdirmə yüksək səviyyədə icra olunur. Ona görə bu gün ShamkirChess dünyanın aparıcı şahmat turnirləri sırasındadır. Hətta istirahət günündə qonaqlar darıxmır. Adətən yeniyetmə şahmatçılarla görüşürük, sonra futbol oynayırıq. Şəmkirdə Vüqarın adınalayiq yarış keçirilir. Bu il XXI kateqoriyalı yarış izləyəcəyik. Ciddi mübarizə olacaq.
- Vüqar Həşimovu necə xatırlayırsan?
- Dost və sevimli həmkar kimi. Həmişə gülərüzlü olub. Hətta çətin günlərində belə gülməyi bacarırdı. Müsbət enerji ötürürdü. Əksər yarışlardan əvvəl onunla söhbət edirdik. Müzakirələr bəzən ciddi mübahisələr yaratsa da həmişə mehriban olmuşuq. Yadımdadır bir gün bilyard oynamağa getdik. Vüqar o qədər yaxşı oynamadığını deyirdi. Amma məni məğlub etdi. Sonra mən qalib gələrək ümumi hesabı bərabərləşdirdim. Bilyard oynamağı da yaxşı bacarırdı.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda