Mourinyodan möhtəşəm rekord

Mourinyodan möhtəşəm rekord
XƏBƏR 17 Aprel 2017 / 14:30 4594
-  A +

İngiltərə Premyer Liqasının 33-cü turunda “Çelsi”ni qəbul edən “Mançester Yunayted” 2:0 hesabı ilə qalib gəlib.

Qol.az-ın xəbərinə görə, meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo sabiq komandası üzərində qələbə sayəsində İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Belə ki, o, Premyer Liqada bütün komandalara qalib gələn yeganə baş məşqçidir. “Çelsi” ilə 5 mövsümdə 3 çempionluq yaşayan portuqaliyalı mütəxəssis ilk dəfə London klubu üzərində qələbəyə sevinib.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 60 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner