“Barselona” - “Yuventus”: hakim bəlli oldu
Çempionlar Liqasının 1/4 finalında keçiriləcək daha 2 cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, böyük maraqla gözlənilən “Barselona” - “Yuventus” matçı hollandiyalı Byorn Kuypersə tapşırılıb.
Fransada keçiriləcək “Monako” - “Borussiya” görüşü isə sloveniyalı Damir Skominaya həvalə edilib.
Aprelin 19-da keçiriləcək hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunlarda “Yuventus” 3:0, “Monako” isə 3:2 hesablı qələbə qazanıb.