Şeydayevdən növbəti qol

Şeydayevdən növbəti qol
XƏBƏR 17 Aprel 2017 / 12:42 4275
-  A +

Milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi Slovakiyanın "Jilina" klubu son turda oynamayıb.

Qol.az-ın xəbərinə görə, buna səbəb komandanın çempionatdakı rəqibi "Spartak Miyava"nın yüksək liqadan kənarlaşdırılması olub.

“Jilina”nın əvəzedici heyəti isə "Koşitse" ilə qarşılaşıb. Şeydayev "Jilina"nın 5:1 hesablı qələbəsi ilə nəticələndiyi matçda iştirak edib və 20-ci dəqiqədə qol vurub.

Qeyd edək ki, qış fasiləsində "Trabzonspor"dan “Jilina”ya icarəyə verilən Şeydayev əsas komandada da 1 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner