Türkiyənin “Adanaspor” klubunun futbolçusu Reynaldo Silva “Qarabağ”ı çempionluq münasibəi ilə təbrik edib.
Qol.az-ın xəbərinə görə, Ağdam klubunun sabiq hücumçusu şəxsi “instagram” hesabında klubunun loqosunun üzərində “2016/17 mövsümünün çempionu” sözü yazılan şəkil paylaşıb.
Qeyd edək ki, qışda “Adanaspor”a keçən braziliyalı futbolçu “Qarabağ”la ardıcıl 3 dəfə ölkə çempionu olub.