"Zirə"dən iki rekord

"Zirə"dən iki rekord
XƏBƏR 17 Aprel 2017 / 10:40 2281
-  A +

Topaz Premyer Liqasının XXVI turunda “Sumqayıt”la 1:1 hesablı heç-heçə edən “Zirə” iki rekorda imza atıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, paytaxt klubu cari mövsümdə ardıcıl 4 oyunda heç-heçə edən ilk komanda olub.

XXIII turda “Qarabağ”la qolsuz bərabərə qalan Ayxan Abbasovun komandası “Qəbələ”, “İnter” və “Sumqayıt”la görüşlərdə eyni – 1:1 hesablı sülhə imza atıb. Bunadək mövsümün heç-heçə rekordu ardıcıl 3 bərabərlik əldə edən “İnter”, “Kəpəz”, “Qəbələ” və “Zirə”yə məxsus idi. Sonuncular bu seriyasını 4-ə çatdırmaqla həm də klub tarixinin rekorduna imza atıb.

Bakılılar indiyədək ardıcıl 4 matçda 1 xal qazanmamışdı. “Qəbələ” də XXVI turadək ardıcıl 3 heç-heçə etsə də, bu seriya “Kəpəz”lə səfər matçındakı 0:2 hesablı məğlubiyyətlə qırılıb.

Son xəbərlər
topaz banner