“Qarabağ”ın futbolçusu Ağabala Ramazanov Topaz Premyer Liqanın 26-cı turunda səfərdə “İnter”ə 3:0 hesabı ilə qalib gələrək çempion olduqları oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq çempionluğu şərh edib.
- İlk dəfə idi ki, çempion oldum. Komanda yoldaşlarımı və bütün “Qarabağ” sevərləri təbrik edirəm. Çempion olmaq gözəl hissdir.
- Komandaya qış fasiləsində qoşulduğunu nəzərə alsaq, özünü çempionluğun bir parçası kimi hiss edirsən?
- Əlbəttə ki, çempionluqda mənim də əziyyətim az olmayıb. Klubumuzda bunu dəyərləndirirlər, buna görə mənə təşəkkür etdilər.
- Matçın 68-ci dəqiqəsində əvəzlənərək meydanı tərk edəndə əvvəlcə öz komandanla deyil, “İnter”in məşqçi və futbolçularının oturduğu texniki zonaya gedib onlarla görüşdün...
- Sırf minnətdarlığımı bildirmək üçün “İnter”in texniki zonasına getdim. Çünki Zaur Svanadze müsahibəsində mənə təşəkkür etmişdi. O, məni düşünübsə, mənim qarşılıq verməməyim hörmətsizlik olardı. Onları “bürünc”ü təmin etdikləri üçün onlar da məni çempion olduğum üçün təbrik etdilər. “İnter”dən ayrılanda hallalaşdığım üçün onlarla heç bir problemim yoxdur. Mən bu hərəkəti özümə borc bildim. Çünki “İnter”in üzərimdə əziyyəti çoxdur.
- Düşünmürsən ki, çempion olduqdan sonra sən də “ulduz xəstəliyi”nə tutularsan?
- Elə bir xasiyyətim yoxdur ki, “ulduz xəstəliyi”nə tutulum. Çalışacağam ki, davamlı uğurlar qazanım.
- Oyuna çıxmamışdan öncə yəqin ki, “Qəbələ”nin “Kəpəz”ə məğlub olduğunu bilirdiniz. Bu, sizə əlavə bir motivasiya vermişdi?
- Xeyr. Açığı, “Qəbələ”nin oyununa biz baxmırdıq. Yalandan baxdıq, deyə bilmərəm. Amma hesabı bilirdik. Biz ancaq öz yolumuza baxırıq. Bilirdik ki, bütün matçlarda qələbə qazansaq, çempion olacağıq.
- Ölkə kubokun finalında mayın 5-də “Qəbələ” ilə Naxçıvan şəhər stadionunda qarşılaşacaqsınız. Sən həmin stadionda "Xəzər Lənkəran"ın heyətində superkubokun finalında oyuna çıxmısan. Orda ab-hava necə idi?
- Bəli, həmin stadionda oynamışam. O zaman meydançanın durumu ideal deyildi, amma indiki vəziyyətdən xəbərsizəm. Çalışacağıq ki, daha bir kubok qazanaq.
Məftun RƏSULZADƏ
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır