Bu mövsümün sonu “Qarabağ”la müqaviləsi başa çatacaq Rəşad Sadıqov növbəti mövsümdə klubda qalacaq.
Qol.az-ın xəbərinə görə, bu haqda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.
“Rəşad müqaviləyə önəm verməyən oyunçudur. İnanıram ki, bundan sonra da komandamızda qalacaq. Nə vaxt desə ki, futboldan gedir, o vaxt da gedəcək. O da bizim tam icazəmiz olandan sonra (gülür). Hazırda biz daha yaxşı oynayan Rəşad görürük. Klub olaraq həm bizim, həm də bütovlükdə Azərbaycan futbolunun ona ehtiyacı var” – deyə Q.Qurbaov “CBC Sport”a bildirib.
R.Sadıqov açıqlamasında növbəti mövsüm “Qarabağ”da qalacağını söyləyib.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər