8 "Lester" azarkeşi həbs olundu

8 "Lester" azarkeşi həbs olundu
XƏBƏR 14 Aprel 2017 / 18:19 1668
-  A +

Madriddə asayişi pozan 8 “Lester” azarkeşi həbs olunub.

Qol.az-ın xəbərinə görə, fanatlara 4 aylıq həbs cəzası verilib. Onlardan 6-na daha 4 aylıq şərti cəza kəsilib.

Xatırladaq ki, Çempionlar Liqasında 1/4 final mərhələsinin “Atletiko” ilə oyunu üçün İspaniyanın paytaxtına gedən 70-ə yaxın “Lester” azarkeşi ətrafa zərər verib, asayişi pozub. İspan polislərinin xəbərdarlığına məhəl qoymayan fanatlar onlara şüşə butulka atıblar. Hadisə nəticəsində 3-ü polis, 2-i azarkeş olmaqla  5 nəfər xəsarət alıb.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır