Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir Cup”da qrup mərhələsinə yekun vurulub.
Qol.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, “H” qrupunda mübarizə aparan “Qırmızı-qaralar”ın U-12 komandası bu mərhələdə 5 matç keçirib.
Təmsilçimiz “Manisa Bələdiyyəspor”, “Kamalpaşa 1923” və Muğla yığması ilə qolsuz heç-heçə edib. “Altınordu”ya 0:1 hesabı ilə uduzan “Qəbələ” Almaniyanın “Ayntraxt” (Essen) klubu üzərində böyükhesablı qələbə qazanıb - 3:0.
Mərhələni 6 xalla başa vuran “qırmızı-qaralar” 4-cü yeri tutub. Bu nəticələr Zaur Hacıyevin yetirmələrinin növbəti mərhələyə yüksəlməsinə imkan yaradıb.
Bu raundda 32 komanda 8 qrupda çıxış edəcək. “Qəbələ” E qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Türkiyənin “Altay”, “İnegölspor” və Rusiyanın “Krasnodar” klubları olacaq.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir