“Latsio”da yeni müqavilə

“Latsio”da yeni müqavilə
XƏBƏR 14 Aprel 2017 / 00:35 2490
-  A +

Sergey Milinkoviç-Saviç “Latsio” ilə müqaviləsini yeniləyib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı futbolçunun yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Milinkoviç-Saviç “Latsio”da 2015-ci ilin avqustundan çıxış edir. O, Roma klubuna “Genk”dən 9 milyon avro qarşılığında transfer olunub.

Cari mövsüm gənc yarımmüdafiəçi “Latsio”nun heyətində meydana çıxdığı 32 oyunda 7 qol vurub.

Son xəbərlər