İtaliyanın “Milan” klubunun səhmləri satılıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub 800 milyon avro qarşılığında Çin şirkətinə satılıb.
Bu gün çinli iş adamları ilə klubun sahibi Silvio Berluskoni arasında müqavilə imzalanıb. Bununla da Berluskoninin “Milan”dakı 30 illik dönəmi başa çatıb.
Klubun yeni prezidenti çinli milyoner Yonqonq Li olacaq.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu