"Avtobusda yaşananları heç vaxt unutmayacam" - Nuri Şahin

"Avtobusda yaşananları heç vaxt unutmayacam" -  Nuri Şahin
XƏBƏR 13 Aprel 2017 / 15:03 3650
-  A +

"Borussiya"nın futbolçusu Nuri Şahin ötən günlərdə komandanın avtobusu yaxınlığında törədilən partlayış haqda danışıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının 1/4 finalının “Monako” ilə ilk oyunundan (2:3) sonra jurnalistlərə açıqlama verən türkiyəli yarımmüdafiəçi baş verənlərin onların oyununa böyük təsiri olduğunu bildirib:

"Bu məsələ haqqında deyə biləcəyim bir şey yoxdur. Yeni ildə ölkəmizdə də belə bir partlayış olmuşdu. Türkiyədə olmasam da, ürəyim ölkəmlə idi. Burda da buna bənzər bir hadisə yaşadıq.

Açığı, fikrimizi oyuna tam verə bilmədik. Dünən gecə evə gedib, yoldaşımı, uşaqlarımı görəndə, nə qədər şanslı olduğumu hiss etdim. Bəli, futbolun çox önəmli olduğunu bilirəm. Biz futbolu sevirik, bizim işimizdir. Bu işdən  çoxlu pullar qazanırıq. Amma biz də insanıq. Futboldan daha önəmli olnalar da var. Avtobusda yaşananları heç vaxt unutmayacam".


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır