Veron 42 yaşında meydana qayıtdı

Veron 42 yaşında meydana qayıtdı
XƏBƏR 12 Aprel 2017 / 18:18 3408
-  A +

Argentina millisinin sabiq futbolçusu Xuan Sebastyan Veron yaşıl meydanlara qayıdıb.
 
Qol.az-ın xəbərinə görə, 42 yaşlı yarımmüdafiəçi Libertadores Kubokunda "Barcelona" (Ekvador) ilə oyunda (0:2) "Estudiantes"in start heyətində meydana çıxıb.

"Estudiantes"in həm də prezidenti olan Veron 59-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, X.S.Veron üç il əvvəl futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner